Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzalayıb

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzalayıb Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir
Ekologiya
680
25 Fevral , 2021 16:38
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzalayıb
İlham Əliyev

Prezident İlham Əliyev “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 15 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.

“Report” xəbər verir ki, dövlət başçısının imzaladığı yeni fərmana əsasən, adları çəkilən göllərlə bağlı səlahiyyətlər İqtisadiyyat Nazirliyindən alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

1-ci göllərə aid bütün sənədləri və məlumatları bir ay müddətində 2-ciyə təhvil verməli, Nazirlər Kabineti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Son xəbərlər

Orphus sistemi