Ötən il ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,6 mln manatdan çox pul ödənilib

Ötən il ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,6 mln manatdan çox pul ödənilib Keçən il ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon 655 min manat məbləğində pulun ödənilməsi təmin edilib.
Ekologiya
30 May , 2024 12:24
Ötən il ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,6 mln manatdan çox pul ödənilib

Keçən il ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon 655 min manat məbləğində pulun ödənilməsi təmin edilib.

"Report" xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov Gəncədə "Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ötən ildə ekoloji hüquqpozmalar üzrə 133 cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyatı üzrə göndərilib, 36 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 33 halda təqdimatlar verilib.

Son xəbərlər

Orphus sistemi