Ötən il ekologiyaya ziyan vuran şəxslər 1 milyon manat cərimələnib

Ötən il ekologiyaya ziyan vuran şəxslər 1 milyon manat cərimələnib Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2020-ci ildə 1 553 müəssisədə müvafiq müayinələr aparılıb.
Ekologiya
21 Yanvar , 2021 09:53
Ötən il ekologiyaya ziyan vuran şəxslər 1 milyon manat cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2020-ci ildə 1 553 müəssisədə müvafiq müayinələr aparılıb.

Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunan müəssisələrin 38,2 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 35,7 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 28,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunan 1 004 nəfər vəzifəli şəxs və vətəndaşlardan 1 milyon 140 min manat məbləğində cərimə tutulub.

Son xəbərlər

Orphus sistemi