Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanda martın 30-u gündüzdən 31-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya
31 Mart , 2018 10:56
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycanda martın 30-u gündüzdən 31-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində martın 30-u gün ərzində, 31-i səhərədək hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Bəzi rayonlarda, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 11-98, Mərkəzi-Aran rayonlarında 3-59, Qazax-Gəncə zonasında 4-50, Kiçik Qafqazda 12-28, Naxçıvan MR-da 3-19, Lənkəran-Astara zonasında 4-9, Bakıda və Abşeron yarımadasında 1.0 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Xınalıqda 26, Şahdağda 24, Qırızda 17, Qusarda 13, Altıağacda 11, Xaltanda 8, Qubada 3 sm olub.

Son xəbərlər

Orphus sistemi