Niderland Azərbaycanla su ehtiyatlarının idarə olunması sahəsində təcrübə və texnologiyaları bölüşməyə hazırdır.
“Report” xəbər verir ki, bunu Niderlandın su ehtiyatları üzrə xüsusi elçisi Meyke van Ginneken Bakıda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həm Niderland, həm də Azərbaycan sahilyanı ölkələrdir və buna görə də su ehtiyatlarının idarə olunması baxımından oxşar problemlərlə üzləşirlər.
Meyke van Ginneken qeyd edib ki, Bakıya səfərinin əsas məqsədi su problemlərinin həllində Azərbaycanla əməkdaşlığı gücləndirməkdir: “Su ehtiyatlarının idarə olunması, texnologiya və suyun çirklənməsinə nəzarət sahəsində geniş təcrübəmiz var. Amma biz Azərbaycandan da bir çox şey öyrənə bilərik, çünki burada bizim üçün faydalı olan təcrübə var”.