Nazir müavini: “Xəzər dənizi 128 mənbədən çirklənir”

Nazir müavini: “Xəzər dənizi 128 mənbədən çirklənir” “Bu gün Xəzər dənizini çirkləndirən 128 mənbə var. Bu mənbələr Samur çayından Astaraya qədər olan ərazilərdə yerləşir”.
Ekologiya
10 Mart , 2022 11:15
Nazir müavini: “Xəzər dənizi 128 mənbədən çirklənir”
Vüqar Kərimov

“Bu gün Xəzər dənizini çirkləndirən 128 mənbə var. Bu mənbələr Samur çayından Astaraya qədər olan ərazilərdə yerləşir”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

“Biz Xəzər dənizi hövzəsinin ekoloji vəziyyətini qorumaq üçün bütün dövlət qurumları ilə birlikdə işləyirik, monitorinqlər keçiririk. Hazırda bizim Əlif Hacıyev adına xüsusi elmi-tədqiqat gəmimiz var və mütəmadi olaraq monitorinqlər aparır. Bu il 3 dəfə belə monitorinq aparılıb. Samur çayından Astaraya qədər yerləşən sənaye müəssisələrinin, həmçinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərinin dənizin çirkləndirilməsində rolu böyükdür. Biz maarifləndirici tədbirlər görürük, bunun böyük təsiri var və davam etməlidir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi