Yuxarı

Nazir: "Ceyran Azərbaycanda təhlükəyə məruz qalmış növ deyil"

Qorunan ərazilər ölkənin 11 faizini keçib

Bakı. 5 iyun. REPORT.AZ/ "Bütün dünyada meşə örtüyünün azalması müşahidə olunur. Azərbaycanda da bu tendensiya var idi. Bugünkü faktlar isə onu göstərir ki, Azərbaycanda son 10-12 ildə aparılan massiv əkinləri nəticəsində meşə ilə örtülü ərazilər 11,4%-dən 11,8%-ə qədər artıb. Böyük artım olmasa da bütün dünyada azalma fonunda bizdə artım var, müvafiq işlər artır". "Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov "İqlim dəyişiklikliyinin səbəbləri və həlli yolları: hökumət tərəfindən görüləcək işlər, vətəndaş cəmiyyətinin öhdəlikləri və texnoloji həll yolları" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, son 14-15 ildə qorunan ərazilər ölkənin 4,5 faizini əhatə edirdi: "Artıq bu göstərici 11 faizi keçib. Yaxınlarda bir neçə layihəni başa çatdırdıqdan sonra 13 faizi keçəcək. Bu da Avropanın orta göstəricilərindən bir az artıqdır. 14 qoruq 20 yasaqlıq var idisə, bu gün bizdə 9 milli park, 11 qoruq, 24 yasaqlıq var".

H.Bağırov onu da vurğulayıb ki, bu gün ceyran bütün ölçülərə görə Azərbaycanda təhlükəyə məruz qalmış növ deyil: "Biz sadəcə arxayınçılıq olmaması üçün onu siyahıdan çıxarmırıq. Həvəskar ovçuların onları ovlamaması üçün bunu edirik. Əslində ceyranın artımı ilə ciddi məşğul oluruq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi