Muxtar Babayev Şəkidə vətəndaşları qəbul edəcək

Ekologiya
  • 20 iyun, 2018
  • 07:57
Muxtar Babayev Şəkidə vətəndaşları qəbul edəcək
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

Bakı. 20 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəki şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul iyunun 29-da saat 09:30-da Şəki Olimpiya Mərkəzində (ünvan: Salman Mümtaz küçəsi 1) baş tutacaq.

Qəbulda  Şəki, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının vətəndaşlar iştirak edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Salman Mümtaz küçəsi 23) ilə əlaqə saxlaya (əlaqə telefonları: 055-200-22-40, 050-280-48-48, 024-24-4-22-60) bilərlər.