Muxtar Babayev II Paris Sülh Forumunda iştirak edir

Muxtar Babayev II Paris Sülh Forumunda iştirak edir Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Fransada işgüzar səfərdədir.
Ekologiya
111
13 Noyabr , 2019 17:40
Muxtar Babayev II Paris Sülh Forumunda iştirak edir

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Fransada işgüzar səfərdədir. 

"Report"un Fransa bürosu xəbər verir ki, nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti II Paris Sülh Forumunda təmsil olunur.

M.Babayev çıxışında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qanunsuz fəaliyyətlərinə toxunub. Nazir Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində meşələrin məhv edilməsi, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın dağıdılması məsələlərini qaldırıb.

Qeyd edək ki, II Paris Sülh Forumu noyabrın 12-də öz işinə başlayıb. Tədbirdə 30-a yaxın dövlət başçısı iştirak edir. 

Son xəbərlər

Orphus sistemi