Muxtar Babayev İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Muxtar Babayev İsrailin Azərbaycandakı səfiri ilə görüşüb Bakı. 29 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav arasında tanışlıq görüşü keçirilib.
Ekologiya
29 May , 2018 20:26
Muxtar Babayev İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 29 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav arasında tanışlıq görüşü keçirilib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ətraf mühit, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüş zamanı nazir M.Babayev İsrailin ətraf mühitin qorunması nazirini 2018-ci il noyabrın 14-16-da Bakı şəhərində keçiriləcək “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə və sərgi çərçivəsində təşkil olunacaq Qafqazda ceyranların tarixən məskunlaşdığı ərazilərin bərpası mövzusunda beynəlxalq konfransa, dəniz ekosistemlərinin qorunmasına dair beynəlxalq foruma dəvət edib.

Son xəbərlər

Orphus sistemi