Yuxarı
    Bağlamaq

    Martın 31-də müşahidə olunmuş faktiki hava açıqlanıb

    Külək bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənib

    Bakı. 1 aprel. REPORT.AZ/ Martın 31-də müşahidə olunmuş faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 31-i gün ərzində hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.

    Nazirlikdən “Report”a bildirilib ki, Abşeron yarımadası və Abşeron dəniz rayonunda şimal-qərb, şimal küləyinin surəti 20-25 m/s olub, bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənib.

    Azərbaycanın ayrı-ayrı rayonlarında isə şimal-qərb küləyinin maksimal surəti 20-34 m/s təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi