Kürdə suyun səviyyəsi artmaqda davam edir 

Ekologiya
  • 17 may, 2022
  • 15:12
Kürdə suyun səviyyəsi artmaqda davam edir 

Kür çayında suyun səviyyəsi artmaqda davam edir.

Bu barədə "Report"un Muğan bürosuna Salyan sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, çayda suyun səviyyəsi 3 metrdən çox artıb.

Qeyd edək ki, son günlər havaların yağışlı olması və dağ çaylarından sel keçməsi suyun səviyyəsinin qalxmasına səbəb olub.