Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq İyunun 01-də gözlənilən hava şəraiti Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, Bakıda gecə 17-19° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi
Ekologiya
31 May , 2022 12:30
Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, Bakıda gecə 17-19° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 31-36° isti, dağlarda gecə 2-7° isti, gündüz 17-22° isti olacaq.

Son xəbərlər

Orphus sistemi