İnger Anderson: UNEP Xəzəryanı ölkələrə dəstək vermək üçün bir sıra səylər göstərib

İnger Anderson: UNEP Xəzəryanı ölkələrə dəstək vermək üçün bir sıra səylər göstərib UNEP Xəzəryanı ölkələri dəstəkləmək üçün bir sıra birgə səylər həyata keçirib.
Ekologiya
27 İyun , 2024 14:16
İnger Anderson: UNEP Xəzəryanı ölkələrə dəstək vermək üçün bir sıra səylər göstərib

UNEP Xəzəryanı ölkələri dəstəkləmək üçün bir sıra birgə səylər həyata keçirib.

Bunu “Report”un sualını cavablandıran BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Anderson bildirib.

“Xəzər dənizində çətin şəraitdə birgə işləməyə sadiq olan beş ölkənin keçirdiyi Konvensiyanın Katibliyinə ev sahibliyi edirik. Aydındır ki, bu istiqamətdə daha çox şey tələb olunur. Bu məsələdə ölkələr arasında daha çox məlumat, mübadilə və birgə səylər tələb edilir”, - o vurğulayıb.

İ.Andersen qeyd edib ki, bugünkü görüşlərdə Xəzər dənizinin ekologiya məsələsi müzakirə olunub:

“Bu gözəl su hövzəsini qorumaq və onun uzunmüddətli, davamlı gələcəyini təmin etmək üçün necə səy göstərə biləcəyimiz müzakirə olunub. Bu o deməkdir ki, biz iqlim dəyişikliyinə, yağış və qarın yağmasının xarakterinin dəyişməsinə yenidən nəzər salmalı olacağıq. Bundan başqa, qalıq yanacaqlarının hasilatına dair məsələni də müzakirə etməliyik. Bunlar bu gün apardığımız müzakirələrdən bəziləridir və COP29 zamanı bu müzakirələri davam etdirməyi səbirsizliklə gözləyirik”.

Son xəbərlər

Orphus sistemi