İlin ən böyük təbii fəlakətləri açıqlandı

İlin ən böyük təbii fəlakətləri açıqlandı 2020-ci ildə dünyada baş vermiş 10 ən böyük təbii fəlakətin yetirdiyi iqtisadi zərər 140,9 milyard ABŞ dollarıdır.
Ekologiya
1343
28 Dekabr , 2020 18:07
İlin ən böyük təbii fəlakətləri açıqlandı

2020-ci ildə dünyada baş vermiş 10 ən böyük təbii fəlakətin yetirdiyi iqtisadi zərər 140,9 milyard ABŞ dollarıdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Christian Aid” (xristian yardımı) adlı beynəlxalq xeyriyyə təşkilatının hesabatında bildirilir.

Sənədə görə, Şimali Amerika və Karib dənizi hövzəsini yay və payız aylarında cənginə alan Laura, Salli, Zeta, Yota kimi tropik qasırğaları regiona 40 milyard ABŞ dolları, Çində baş verən daşqınlar 32 milyard ABŞ dolları, ABŞ-ın qərbində tüğyan etmiş meşə yanğınları da 20 milyard ABŞ dolları həcmində fəsadlar törədib.

Həmçinin ardıcıllıqla Afrikanın bəzi ölkələrində çəyirtkə hücumu, Avstraliyadakı meşə yanğınları, Hindistan, Pakistan, Yaponiyadakı daşqınlar, Avropada Aleks fırtınası və Siara qasırğası, Benqaliya körfəzindəki Amfan qasırğası da sadalanır.

Dünyada təbii fəlakətlərin başlıca səbəbi kimi iqlim dəyişikliyi ilə yanaşı, isinmə qazları tullantılarını azaltmaq üçün kifayət qədər səmərəli və ardıcıl tədbirlərin görülməməsi də qeyd olunur.

Son xəbərlər

Orphus sistemi