Hüseyn Bağırov Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri ilə görüşüb

Hüseyn Bağırov Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri ilə görüşüb Görüşdə bioloji müxtəlifliyin qorunması, tullantıların davamlı idarə olunması məsələləri müzakirə edilib
Ekologiya
22 Fevral , 2017 15:14
Hüseyn Bağırov Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri ilə görüşüb

Bakı. 22 fevral. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Azərbaycanda səfərdə olan Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviçlə görüşüb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə bioloji müxtəlifliyin qorunması, tullantıların davamlı idarə olunması, meşələrin mühafizəsi və su ehtiyatlarının idarə edilməsi istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 3-cü nazirlər iclasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdədir.

Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında ətraf mühit və təbiətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” 11 mart 2013-cü il tarixində Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri zamanı imzalanıb.

Son xəbərlər

Orphus sistemi