Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib
Ekologiya
169
27 Aprel , 2016 11:27
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakı. 27 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən “Report”a verilən məlumata görə, aprelin 28-i axşama doğru qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək. 

Son xəbərlər

Orphus sistemi