Azərbaycanda günəşli hava sabah da davam edəcək

Azərbaycanda günəşli hava sabah da davam edəcək Atmosfer təzyiqinin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir
Ekologiya
10 Mart , 2015 12:27
Azərbaycanda günəşli hava sabah da davam edəcək

Bakı. 10 mart. REPORT.AZ/ Martın 11-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 11-i və 12-də Abşeron yarımadasında atmosfer təzyiqinin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Son xəbərlər

Orphus sistemi