Bakıda küləyin sürəti 26 m/s-ə çatıb, şimal rayonlarına yağış yağıb - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 26 m/s-ə çatıb, şimal rayonlarına yağış yağıb - FAKTİKİ HAVA Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürəti: Bakıda 26 m/s, Çilov adasında 19 m/s , Neft Daşlarında 15 m/s müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əs
Ekologiya
13 Aprel , 2022 08:32
Bakıda küləyin sürəti 26 m/s-ə çatıb, şimal rayonlarına yağış yağıb - FAKTİKİ HAVA

Aprelin 13-ü saat 08:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürəti: Bakıda 26 m/s, Çilov adasında 19 m/s, Neft Daşlarında 15 m/s müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda hava şəraiti yağıntılı olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 6-12 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək isti, aran rayonlarında 7-10 dərəcə isti olub.

Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin zəifləyəcəyi gözlənilir.

Qeyd edək ki, ölkə ərazisində ötən axşam və gecə saatlarında küləyin maksimal sürəti 34-38 m/s olub.

Son xəbərlər

Orphus sistemi