Neft Daşlarında dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA

Neft Daşlarında dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA Yanvarın 03-ü saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir güclənib. Düşən yağıntının miqdarı: Yardımlı 27.0 mm, Biləsuvar 26.0 mm, Ləzədə (Qusar)11.0 mm, Şahb
Ekologiya
3 Yanvar , 2022 12:31
Neft Daşlarında dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA

Neft Daşlarında dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 3-ü saat 12:00-a olan məlumata əsasən bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Düşən yağıntının miqdarı Yardımlıda 27.0 mm, Biləsuvarda 26.0 mm, Ləzədə (Qusar) 11.0 mm, Şahbuzda 7.0 mm, Ağdərədə (Ordubad) 6.0 mm, Şabran, Ordubadda 4.0 mm, Xınalıq, Lerik, Quba, Qrızda 3.0 mm, Astara, Şərurda 2.0 mm, Qusar, Xaltan, Sədərəkdə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında yağan yağış 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə (Qusar) 18 sm, Qrızda 13 sm, Ağdərədə (Ordubad) 10 sm, Xınalıqda, Şahbuzda 7 sm, Xaltanda 6 sm, Lerikdə 4 sm, Şərur, Sədərəkdə 2 sm, Qusar, Sarıbaşda (Qax) 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 28-32 m/s, Şəki, Tərtərdə 25 m/s, Bərdə, Neftçala, Qobustan, Gəncə, Daşkəsəndə 20 m/s, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 3-6° isti, dağlıq rayonlarda 2-9° şaxta, Naxçıvan MR-da 5-10 şaxta olub.

Son xəbərlər

Orphus sistemi