ETSN rəsmisi: İşğaldan əvvəl Füzulidə altı, Ağdamda on beş, Xocavənddə üç faydalı qazıntı yatağı qeydə alınıb

ETSN rəsmisi: İşğaldan əvvəl Füzulidə altı, Ağdamda on beş, Xocavənddə üç faydalı qazıntı yatağı qeydə alınıb İşğaldan əvvəl Füzulidə altı, Ağdamda on beş, Xocavənddə üç faydalı qazıntı yatağı qeydə alınıb.
Ekologiya
19 İyul , 2024 14:08
ETSN rəsmisi: İşğaldan əvvəl Füzulidə altı, Ağdamda on beş, Xocavənddə üç faydalı qazıntı yatağı qeydə alınıb

İşğaldan əvvəl Füzulidə altı, Ağdamda on beş, Xocavənddə üç faydalı qazıntı yatağı qeydə alınıb.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Geoloji Ekspertiza şöbəsinin baş mütəxəssisi Nahid Məmmədov ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.

Onun sözlərinə görə, hazırda Ağdamda bərpa-quruculuq işləri ilə əlaqədar bir mişar daşı, üç qum-çınqıl yatağı olmaqla, dörd yataq istifadəyə verilib:

"Eyni zamanda, bir sement xammalı və iki üzlük daşı yatağının hərraca verilməsi planlaşdırır".

N.Məmmədov həmçinin qeyd edib ki, görülən işlər çərçivəsində Füzulidə mişar daşı, qum-çınqıl olmaqla üç faydalı qazıntı yatağı istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi