Nazirliyin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Azərbaycana əsasən qışlamağa gələn nadir quş növlərini görmək istəyən bütün təbiətsevərlər milli parklara dəvət edilir: "Göz oxşayan füsunkar gözəlliklərdən həzz almaq, nadir quşları müşahidə etmək, istirahətinizi təbiət qoynunda keçirmək istəyirsinizsə qış tətili günlərində milli parklarımıza səyahət edin. Siz Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı turan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımmələk qu kimi quşları müşahidə edə bilərsiniz".
Qeyd edək ki, hər il Azərbaycana qışlamaq üçün orta hesabla 1-1,5 milyona yaxın quş gəlir.