ETSN hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib

Ekologiya
  • 11 iyun, 2017
  • 08:01
ETSN hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib

Bakı. 11 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

"Report" Departamentə istinadən xəbər verir ki, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.