ETSN: Ekoloji qanunvericiliyi pozanlarla bağlı 9 iş hüquq-mühafizə orqanlarına göndərilib

ETSN: Ekoloji qanunvericiliyi pozanlarla bağlı 9 iş hüquq-mühafizə orqanlarına göndərilib Bakı. 22 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə yanvar 4-15-də araşdırma aparıb.
Ekologiya
22 Yanvar , 2018 11:08
ETSN: Ekoloji qanunvericiliyi pozanlarla bağlı 9 iş hüquq-mühafizə orqanlarına göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 22 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə yanvar 4-15-də araşdırma aparıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 88 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 13 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 19 iş üzrə 7300 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 22303,96 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 310 iş üzrə 27952,18 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 6 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi