Ekspert: ABŞ prezidenti beynəlxalq əməkdaşlığa zərbə vurur

Ekspert: ABŞ prezidenti beynəlxalq əməkdaşlığa zərbə vurur Bakı. 25 iyun. REPORT.AZ/ ABŞ-ın imzaladığı sazişlərdən çıxması yaxşı deyil.
Ekologiya
25 İyun , 2018 14:54
Ekspert: ABŞ prezidenti beynəlxalq əməkdaşlığa zərbə vurur
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ "ABŞ-ın imzaladığı sazişlərdən çıxması yaxşı deyil".

Bunu "Report"a açıqlamasında ətraf mühit üzrə amerikalı ekspert, professor Cefri Frankel deyib. 

O, bu barədə ABŞ-ın iqlim dəyişikliyi ilə bağlı Paris sazişindən çıxmasına münasibər bildirərkən danışıb. 

"Prezident Donald Tramp hər növ beynəlxalq əməkdaşlığa zərbə vurur. ABŞ-ın sazişdən çıxması pis olacaq, çünki iqlim dəyişikliyi iqtisadiyyat üçün pisdir. Mənim dünyaya ismarıcım bu olacaq: xahiş edirəm, 2,5 il gözləyin ki, biz normal vəziyyətə qayıdaq", - amerikalı professor bildirib.

Qeyd edək ki, ABŞ-ın iqlim dəyişikliyinə dair Paris sazişindən çıxması Prezident D.Tramp seçkiqabağı vədlərindən biridir. Sazişin əsas mahiyyəti qlobal istiləşməni tənzimləməkdir.

Son xəbərlər

Orphus sistemi