Ekologiya və Təbii Sərvətlər Nazirliyi AEBA-nın iclasında iştirak edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi AEBA-nın iclasında iştirak edib Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Avropa və Mərkəzi Asiya regionları üzrə “Plastik tullantıların idarə olunması üçün nüvə texnologiyaları (NUTEC Plastics)” layihəsi çərçivəsində videoformatda görüş keçirilib.
Ekologiya
1033
7 Oktyabr , 2021 19:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyi AEBA-nın iclasında iştirak edib
0 : 00
0 : 00

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Avropa və Mərkəzi Asiya regionları üzrə “Plastik tullantıların idarə olunması üçün nüvə texnologiyaları (NUTEC Plastics)” layihəsi çərçivəsində videoformatda görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanı təmsil edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Azərbaycanda plastik çirklənməyə qarşı görülən mübarizə tədbirləri barədə məlumat verib.

Nazir plastik çirklənmə probleminin dayanıqlı həllində, xüsusilə dəniz mikroplastik tullantılarının monitorinqində nüvə texnologiyasının tətbiqi kimi qlobal təşəbbüsün faydasını vurğulayıb və bu təşəbbüs çərçivəsində gələcək əməkdaşlığın müsbət nəticə verəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi