SOCAR-ın Ekologiya İdarəsinə lisenziya verilib

SOCAR-ın Ekologiya İdarəsinə lisenziya verilib Sənəd toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi üzrə fəaliyyət sahəsini əhatə edir
Ekologiya
29 Sentyabr , 2016 12:52
SOCAR-ın Ekologiya İdarəsinə lisenziya verilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ SOCAR-ın Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətləri üçün ixtisaslaşmış mütəxəssis xidmətləri təqdim etmək gücünə malik Tullantıların İdarə Edilməsi Mərkəzi (TİEM) Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, neft-qaz, neft-kimya əməliyyatları aparılan ərazilərdə ekoloji təhlükəsizliyin təmin edilməsi, tullantıların səmərəli və beynəlxalq standartlara uyğun idarə olunmasının təşkili, həmçinin tullantıların emalı ilə əldə edilən qiymətli resursların təkrar istifadəyə qaytarılması məqsədi daşıyır. Bununla əlaqədar olaraq, Mərkəzdə qazma şlamlarının emalı üçün "VacuDry" vakuum-distillə qurğuları quraşdırılıb. 

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, mərkəzin tikinti və istismar dövrünü əhatə edən Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanaraq razılaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə təqdim edilib, müsbət ekspertiza rəyi alınıb. Eyni zamanda, TİEM-də toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi üzrə həyata keçiriləcək fəaliyyətə dair müvafiq lisenziyanın alınması üçün Ekologiya idarəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edilib və bununla əlaqədar bütün lazımi sənədlər təqdim olunub. Bu günlərdə İqtisadiyyat Nazirliyi tərəfindən SOCAR-ın Ekologiya İdarəsinə toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi üzrə fəaliyyət sahəsinə № 091236 nömrəli lisenziya verilib.

Son xəbərlər

Orphus sistemi