Bakı. 18 avqust. REPORT.AZ/ Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi və
Ekoloji qanunvericiliyin tələblərini pozan 14 avtomobil cərimə meydançasına aparılıb.
Reyd zamanı pərdə-plyonkadan və gücləndirici siqnallardan istifadə edən 5 sürücü aşkar olunaraq məsuliyyətə cəlb olunub. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təmiz hava aylığı çərçivəsində ümumilikdə 52 avtomobilin sürücüsünü inzibati qaydada cərimələyib.
Reyd zamanı sürücülərdən biri DYP əməkdaşından havanın çirklənməsini müəyyənləşdirən aparatın sertifikatını tələb edib. DYP əməkdaşı isə "sertifikat var, amma burda deyil" cavabını verib.
Qeyd edək ki, reydlər avqustun 31-dək davam edəcək.