BŞİH: Görədildəki su kanalı tullantılardan təmizlənib

BŞİH: Görədildəki su kanalı tullantılardan təmizlənib Ötən günlər sosial şəbəkədə Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkət yolunun kənarında, Görədil qəsəbəsi ərazisindən keçən su kanalının zibilliyə çevrilməsi barədə məlumat və fotolar yayılıb, kanalın sakinlər tərəfindən zibilləndiyi bildirilib. Məsələ ilə
Ekologiya
464
3 Sentyabr , 2020 19:06
BŞİH: Görədildəki su kanalı tullantılardan təmizlənib

Ötən günlər sosial şəbəkədə Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkət yolunun kənarında, Görədil qəsəbəsi ərazisindən keçən su kanalının zibilliyə çevrilməsi barədə məlumat və fotolar yayılıb, kanalın sakinlər tərəfindən zibilləndiyi bildirilib. Məsələ ilə bağlı paytaxtın kommunal xidmətləri tərəfindən əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.

"Qeyd edilməlidir ki, bu ərazidə sakinlər tərəfindən kanalın və ətraf ərazilərin məişət tullantıları ilə çirkləndirilməsi halları dəfələrlə baş verib. Kommunal xidmətlərin əməkdaşları tərəfindən qısa müddət ərzində kanalın daxili və ətraf ərazi tullantılardan təmizlənib, əraziyə əlavə tullantı konteynerləri yerləşdirilib, ərazinin təmizliyinə cavabdeh olan yerli bələdiyyə və ərazi nümayəndəliyinə ərazinin sanitar-təmizliyinə diqqətin artırılması və sakinlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb", - məlumatda deyilir.

Orphus sistemi