Bölmə rəisi: "Azərbaycan bazarlarında satılan nərəcinsli balıqların 99,9 faizi xaricdən gətirilir"

Bölmə rəisi: "Azərbaycan bazarlarında satılan nərəcinsli balıqların 99,9 faizi xaricdən gətirilir" Azərbaycanda satılan nərəcinsli balıqlar, əsasən, Rusiya və Çində süni şəraitdə yetişdirilmiş balıqlardır,
Ekologiya
14 May , 2019 15:55
Bölmə rəisi: Azərbaycan bazarlarında satılan nərəcinsli balıqların 99,9 faizi xaricdən gətirilir
Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov / Report / Elchin Murad

"Azərbaycanda satılan nərəcinsli balıqlar, əsasən, Rusiya və Çində süni şəraitdə yetişdirilmiş balıqlardır",

"Report" xəbər verir ki, bunu Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda bazarda satılan nərəcinsli balıqların 99,9 faizi xaricdən gətirilən balıqlardır.

E.Süleymanov sosial şəbəkələrdə nərəcinsli balıqların ovlanması ilə bağlı yayılan videogörüntülərə də münasibət bildirərək deyib ki, həmin görüntülər 2015-ci ilə aiddir: "Oradakı şəxslər Azərbaycan vətəndaşı olsalar da, brakonyerlik halı Azərbaycan hövzəsində deyil, Rusiya ərazisində-Dağıstanda baş verib".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov isə bildirib ki, Azərbaycanda son vaxtlar ərzində nərəcinsli balıqların yetişdirildiyi fermalar formalaşıb: "Onlar da bazara artıq öz məhsullarını çıxarırlar. Amma bazara çıxarılan balıqlar daha çox idxal edilmiş nərəcinsli balıqlardır".

Son xəbərlər

Orphus sistemi