Baş nazir: “Pakistan tullantıları azaltmağa dair ambisiyalarını gücləndirib”

Ekologiya
  • 02 dekabr, 2023
  • 10:45
Baş nazir: “Pakistan tullantıları azaltmağa dair ambisiyalarını gücləndirib”

“Pakistan hökuməti 2030-cu ilə qədər tullantıları azaltmaq məqsədinə nail olmaq üçün ambisiyalarını gücləndirib”.

"Report" xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

“İqlim dəyişikliyi bəşəriyyət üçün ekzistensial təhlükədir. Pakistan keçən il şiddətli daşqınlardan əziyyət çəkib. Qlazqoda keçirilən COP27 konfransında yenidən işlənmiş milli töhfələri təqdim edərək ambisiyalarımızı gücləndirdik”, - o bildirib.

Baş nazirin sözlərinə görə, bu il Pakistan bu məsələ ilə bağlı hərtərəfli milli plan təqdim edib, həmçinin iqlim və təbiətin qayğısına qalmaq təşəbbüsü ilə çıxış edib.

Son xəbərlər

Bütün Xəbər Lenti