Bakıda yağışlı hava sabah da davam edəcək

Bakıda yağışlı hava sabah da davam edəcək Rayonlarda yenə də qar yağması gözlənilir
Ekologiya
22 Yanvar , 2015 12:35
Bakıda yağışlı hava sabah da davam edəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Sabah - həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin "Report"a verdiyi məlumata görə, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi metereoloji proqnoza gəlincə, yaxın iki gün ərzində Abşeron yarımadasında metereoloji amillərin zəif və mülayim tərəddüdü nisbətən əlverişli olsa da, rütubətliliyin çox olması və buludlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Son xəbərlər

Orphus sistemi