Bakıda Xəzərin su bioloji resurslarının mühafizə olunması üzrə Komissiyanın iclası başlayıb

Bakıda Xəzərin su bioloji resurslarının mühafizə olunması üzrə Komissiyanın iclası başlayıb Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası sessiyası başlayıb.
Ekologiya
21 Noyabr , 2017 10:24
Bakıda Xəzərin su bioloji resurslarının mühafizə olunması üzrə Komissiyanın iclası başlayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası sessiyası başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanın nümayəndə heyəti ilə yanaşı Xəzəryanı ölkələrin balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edirlər.

Sessiyanın gündəliyindəyeni Komissiyanın təsisi ilə bağlı Prosedur Qaydaların qəbul edilməsi, Xəzəryanı ölkələr tərəfindən brakonyerliklə birgə mübarizə üzrə əməkdaşlıq protokolunun imzalanması, nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında Sazişinhazırlanması və s. məsələlərinmüzakirəyə qoyulması nəzərdə tutulub.

Sessiya noyabrın 23-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi