Bakıda sökülmüş köhnə binanın yerində 500-ə yaxın ağac tingi əkilib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda sökülmüş köhnə binanın yerində 500-ə yaxın ağac tingi əkilib - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Ekologiya
24 Noyabr , 2018 19:24
Bakıda sökülmüş köhnə binanın yerində 500-ə yaxın ağac tingi əkilib - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***12:03

Bakı. 24 noyabr. REPORT.AZ/ “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına Nərimanov Rayon İcra Hakimiyyətinin kollektivi də qoşulub.

"Report" xəbər verir ki, ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və KİV nümayəndələri iştirak ediblər. 

Aksiya zamanı Azadlıq prospekti 146 ünvanında sökülmüş köhnə binanın yerində 500-ə yaxın müxtəlif cinsli ağac tingi əkilib.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov jurnalistlərə açıqlamasında bildirib ki, vaxtilə bu ərazidə istismar müddəti keçmiş köhnə binalar olub: "Həmin binalar sökülərək yerində yaşıllıq zolaqları salınıb. Hətta burada bir neçə quru ağaclar götürülərək yerinə yeniləri əkilib. Bundan başqa, Nərimanov rayonunda bir neçə ərazidə yaşıllıq zolaqları salınıb və onlara vaxtlı-vaxtında aqrotexniki qulluq edilir".

Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azəryaşlandşaft" ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

FOTO: Firi Səlim

Son xəbərlər

Orphus sistemi