Yuxarı

Bakıda səfərdə olan Fransa iş adamları Böyükşor gölündəki işlərlə tanış olublar

Qonaqlar, həmçinin Təmiz Şəhər ASC-nin idarə heyətinin sədri Zakir İbrahimovla da görüşüb

Bakı. 13 may. REPORT.AZ/ "MEDEF International" təşkilatının Fransa-Azərbaycan Şirkət Rəhbərləri Şurasının prezidenti və "SUEZ Environnement" şirkətinin direkor müavini Mari-Anj Döbon Bakıda Böyükşor gölündə olaraq gölün kompleks bərpası layihəsi çərçivəsində "Təmiz Şəhər" ASC-nin gördüyü işlərlə əyani tanış olub və layihənin gələcək planları barədə məlumat alıb.

Bu barədə "Report"a ASC-dən məlumat verilib.

"Təmiz Şəhər" ASC ilə "SUEZ Environnement" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, şirkət Böyükşor gölünün bərpası layihəsi çərçivəsində Balaxanı sahillərinin və neftlə çirklənmiş torpaqların təmizlənməsi, təmizlənmiş torpaqların yenidən istifadəsi üzrə texniki-iqtisadi əsaslandırma, ilkin layihələndirmə və ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə məsləhət xidmətlərini həyata keçirəcək.

Bakıda səfərdə olan 40 nəfərlik Fransa iş adamlarının nümayəndə heyətinin rəhbəri Mari-Anj Dübon "Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri Zakir İbrahimovla görüşərək tərəflərin əməkdaşlıq perespektivlərini müzakirə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi