Bakıda ağacların dibi asfaltdan təmizlənib
Ekologiya
- 05 mart, 2021
- 11:55
Nizami rayonu, Heydər Əliyev prospekti, 106A ünvanında ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, araşdırma zamanı məlum olub ki, 6 saylı Regional Yol İstismar İdarəsi tərəfindən səkinin asfaltlanması zamanı oradakı ağaclar nəzərə alınmayıb və onların ətrafı tamamilə asfaltlanıb.
Onun sözlərinə görə, ağacların dibinin asfaltdan təmizlənməsi və onlara aqrotexniki xidmətin göstərilməsi məqsədilə 6 saylı Yol İstismar İdarəsinə məcburi göstəriş verilib: "Hazırda Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən ağacların dibi təmizlənir və onlara aqrotexniki xidmət göstərilir".
Son xəbərlər
11:38
XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub
İncəsənət11:36
Ermənistanda sabiq baş nazir Abramyanın qardaşı saxlanılıb
Region11:34
İlhamə Qədimova: "Fermerlər üçün yeni maliyyə aləti tətbiq etməyə hazırlaşırıq"
ASK11:29
Filippində məktəbdə atışma olub, ölən və yaralananlar var
Digər ölkələr11:25
Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının konfransı keçiriləcək
Hadisə11:24
Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək
ASK11:20
Tbilisidə 20 uşaq bağçasından 55 uşaq zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib
Region11:16
"Çelsi" Niko Uilyams üçün 80 milyon avro ödəməyə hazırdır
Futbol11:16