Badamdarda evlərin hasarlarındakı çatların üzərində mayaklar quraşdırılıb - VİDEO - YENİLƏNİB-2

Badamdarda evlərin hasarlarındakı çatların üzərində mayaklar quraşdırılıb - VİDEO - YENİLƏNİB-2 ETSN: Badamdarda sürüşmə zonasında xırda uçqun prosesi davam edir
Ekologiya
15 Oktyabr , 2018 12:49
Badamdarda evlərin hasarlarındakı çatların üzərində mayaklar quraşdırılıb - VİDEO - YENİLƏNİB-2
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Oktyabrın 15-i saat 12:00-a olan məlumata görə, Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik davam edir".

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, nazirliyin ərazidə yaratdığı Qərargahda olan əməkdaşlar ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulmuş gips mayaklarda dəyişiklik müşahidə etməyib.


*** saat 09:56

Video əlavə olunub


*** saat 09:26

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Oktyabrın 14-dən 15-nə keçən gecə Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə kütləsi üzərində xırda uçqun prosesi davam edib".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, gecə saatlarında nazirlik əməkdaşları sürüşmənin qarşı tərəfində olan yaşayış evlərinin hasar divarlarındakı çatların üzərində gips mayaklar quraşdırıblar: "Mayaklar oradakı gərginlik və dinamikanın müşahidə edilməsi üçün quraşdırılıb".

Nazirlik rəsmisi qeyd edib ki, qərargah üzvləri ərazidə növbətçilik əsasında müşahidələri davam etdirirlər.

Qeyd edək ki, Badamdar bu gün 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərərgah yaradılıb.

Son xəbərlər

Orphus sistemi