Yuxarı
    Bağlamaq

    Azərbaycanla Monteneqro arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib

    Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

    Bakı. 24 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

    "Report" xəbər verir ki, fərmanla Azərbaycanla Monteneqro arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2015-ci il oktyabrın 27-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Monteneqro hökumətinə bildiriş göndərməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi