Azərbaycanda sulu qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda sulu qar yağacaq - XƏBƏRDARLIQ Çaylarda sululuğun artacağı ehtimal olunur
Ekologiya
5 Sentyabr , 2016 12:37
Azərbaycanda sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, sentyabrın 6-7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi