Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb Bakıda gecə 2-4 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir
Ekologiya
2 Yanvar , 2015 16:47
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Sabah - yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın gecə və səhər bəzi yerlərdə yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə Bakıda gecə 2-4 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sutunu, nisbi rütubət isə gecə 85-95 faiz, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən gecə və axşam yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən gecə və axşam yağıntılı olacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi