Azərbaycanda qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşları saxlanılıb

Azərbaycanda qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşları saxlanılıb Onların ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq
Ekologiya
29 Yanvar , 2018 14:41
Azərbaycanda qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşları saxlanılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirir.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ötən gün Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Səudiyyə Ərəbistanı vətəndaşları Alsedais Abdullah İbrahim, Aljumah Fahad Abdullah və Almarzooq Abdulaziz Marzouq saxlanılaraq onlardan 3 ov silahı və 6 patron maddi sübut kimi götürülüb. 

Qanunvericiliyin tələblərinə uyğun olaraq sənədləşmə aparılıb və qanun pozucularının hər biri 2000 manat olmaqla, ümumilikdə 6000 manat məbləğində cərimə edilib.

Qanunsuz ov edən Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkə ərazisindən məcburi qaydada çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə müraciət olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz ov hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi