​Azərbaycanda ovçuluqla bağlı qanunvericiliyə dəyişiklik edilib

​Azərbaycanda ovçuluqla bağlı qanunvericiliyə dəyişiklik edilib Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Ekologiya
22 Aprel , 2015 10:05
​Azərbaycanda ovçuluqla bağlı qanunvericiliyə dəyişiklik edilib

Bakı. 22 aprel. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasında ovçuluqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

“Report”un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. 

Dəyişikliyə əsasən, bundan sonra ovçuluq biletini Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə münasibətdə Xüsusi Dövlət Mühafizə Xidməti verəcək.

“Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə verilən ovçuluq bileti bu qaydanın tələblərinə uyğun hazırlanır. Ovçuluq biletinin cildi tünd-qırmızı rəngdə olur və ölçüləri 7,0 sm x 10,0 sm təşkil edir. Biletin üz qabığının yuxarı hissəsində Azərbaycanın Dövlət gerbi həkk olunur və onun altında “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri yazılır. Bundan əlavə, ovçuluq biletinin birinci səhifəsinin aşağı sol hissəsində ovçuluq bileti alan şəxsin rəngli fotoşəkli üçün yer ayrılır, bileti alan şəxsin fotoşəklinin sağ hissəsində ovçuluq bileti alan şəxsin ardıcıl olaraq soyadı, adı, atasının adı və təvəllüdü göstərilir. Biletdə Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvünün şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, verildiyi tarix, kim tərəfindən verilib, ev ünvanı və şəxsi imzası qeyd olunur.

Son xəbərlər

Orphus sistemi