Bakı. 24 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-ü gündüzdən 24-ü səhərədək Azərbaycanda müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 23-dən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə sulu qar yağıb, Tərtərdə dolu düşüb. Şimal-qərb küləyi əsib, arabir güclənib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-3, Böyük Qafqazda 5-64, Mərkəzi Aran rayonlarında 3-35, Lənkəran-Astara zonasında 8-37, Kiçik Qafqazda 12-23, Qazax-Gəncə zonasında 1-14, Naxçıvan MR-da 1-5 mm təşkil edib.