Yuxarı
    Bağlamaq

    Azərbaycanda may ayı üçün hava proqnozu açıqlanıb

    Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var

    Bakı. 29 aprel. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayına olan hava proqnozunu açıqlayıb.

    Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.  Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.

    Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 18-20 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25 dərəcə isti,bəzi günlərdə 28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 18-21 mm)olacağı gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 16-20 dərəcəisti (gecələr 11-16, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-35dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 33-62 mm)olacağı gözlənilir.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun11-15 dərəcəisti (gecələr 8-13, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 22-27dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 68-122 mm) olacağı gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 12-17, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə28-33 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüskəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 31-54 mm) olacağı gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun15-19 dərəcə isti (gecələr 12-17, bəzi günlərdə 5-10, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 26-166 mm), bəzi yerlərdə isə çox olacağı gözlənilir.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 19-22 dərəcə isti (gecələr13-18, gündüzlər 22-27dərəcə isti, bəzi günlərdə30-34 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-62 mm)olacağı gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun15-19 dərəcə isti (gecələr 10-15, gündüzlər 19-24dərəcə isti, bəzi günlərdə 27-32 dərəcəyədək yüksələcək)olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma 41-72mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi