Azərbaycanda həftə sonu hava qeyri-sabit keçəcək, qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Ekologiya
  • 22 dekabr, 2017
  • 08:57
Azərbaycanda həftə sonu hava qeyri-sabit keçəcək, qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakı. 22 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, dekabrın 22-si axşamdan 24-ü axşamadək hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 24-də bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 

44 filmi