“Əməliyyat olunan ayılara indentifikasiya üçün mikroçiplər yerləşdiriləcək”.
Bunu “Report”un Xızıya ezam olunmuş əməkdaşına açıqlamasında “Four Paws Global International” heyvanların mühafizəsi təşkilatının layihə meneceri Magdalena Sçerk-Tretrin deyib.
O, təşkilatın bütün dünyada heyvanları xilasetmə işi ilə məşğul olduğunu bildirib: “Azərbaycanda reabilitasiya keçən ayılar barədə eşitdikdə onların müayinəsi üçün ölkənizə gəldik. Hazırda burada bir neçə ayı üzərində əməliyyat aparmışıq”.
M.Sçerk-Tretrin vurğulayıb ki, adətən, əməliyyat olunan ayılara mikroçiplər yerləşdirilir və bu da bütün dünyada olan praktikadır: “Mikroçiplər identifikasiya üçün lazımdır. Bütün ev heyvanları və qeyri-azad saxlanılan vəhşi heyvanlar həmin identifikasiya çipləri ilə təchiz olunmalıdırlar”.