Azərbaycan və UNEP ətraf mühitin mühafizəsi ilə bağlı birgə layihələr həyata keçirəcək

Ekologiya
  • 27 iyun, 2024
  • 09:36
Azərbaycan və UNEP ətraf mühitin mühafizəsi ilə bağlı birgə layihələr həyata keçirəcək

2026-cı ildə ətraf mühitin mühafizəsi ilə əlaqədar BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birgə layihələr həyata keçiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersenlə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın gördüyü işlər də layihə çərçivəsində işıqlandırılacaq: "Azad edilmiş ərazilərdə tikinti tullantılarının utilizasiyası, onların yenidən istifadəsi üçün BMT-nin Ətraf Mühit Proqramı (UNEP) dəstəyi ilə işlər həyata keçirmək üçün müzakirələr aparılıb. Bununla bağlı işlər daha çox Ağdamda görülüb. Hazırda bu istiqamətdə işlər davam etdirilir".

Son xəbərlər

Bütün Xəbər Lenti