Azərbaycan və Özbəkistan arasında ətraf mühit məsələləri müzakirə olunub

Ekologiya
  • 13 noyabr, 2026
  • 14:29
Azərbaycan və Özbəkistan arasında ətraf mühit məsələləri müzakirə olunub

COP31 çərçivəsində Antalyada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və Özbəkistan Prezidentinin ekologiya məsələləri üzrə müşaviri – Ekologiya və İqlim Dəyişikliyi üzrə Milli Komitənin sədri Aziz Abduxakimov arasında görüş keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə, tullantıların idarə olunması, Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması istiqamətlərində əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.

Özbəkistan tərəfi Azərbaycan nümayəndə heyətinə 2027-ci ilin iyun ayında Özbəkistanda keçiriləcək Eco Expo tədbiri barədə məlumat verib.

44 filmi