“Azərbaycan son 30 ildə ətraf mühitlə bağlı 20-dən çox beynəlxalq konvensiyaya qoşulub” - RƏY

“Azərbaycan son 30 ildə ətraf mühitlə bağlı 20-dən çox beynəlxalq konvensiyaya qoşulub” - RƏY “Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikası ətraf mühitlə bağlı 20-dən çox beynəlxalq konvensiyaya qoşulub və onları ratifikasiya edib”.
Ekologiya
5 İyun , 2023 11:50
“Azərbaycan son 30 ildə ətraf mühitlə bağlı 20-dən çox beynəlxalq konvensiyaya qoşulub” - RƏY

“Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikası ətraf mühitlə bağlı 20-dən çox beynəlxalq konvensiyaya qoşulub və onları ratifikasiya edib”.

Bu fikirləri “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.

Onun sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində ekologiya, ətraf mühitin mühafizəsi sahəsində bir sıra vacib tədbirlər, layihələr həyata keçirilib. IDEA-nın həyata keçirdiyi yerli və beynəlxalq layihələr isə ictimaiyyəti ekoloji məsələlər barədə maarifləndirir və ətraf mühitin qayğısına qalmağa təşviq edir.

A.Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev hətta 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdən başlayaraq dövlət xadimi kimi fəaliyyətində ətraf mühit və onun qorunması məsələlərinə xüsusi diqqət göstərib:

“Bundan sonrakı vaxtlarda da bunu onun çıxışlarından aydın görmək mümkündür. Sovet zamanında çox geniş yayılmış təcrübə əsasında dövlət qurumları və ictimai təşkilatlarda iməciliklər geniş şəkildə həyata keçirilirdi. Burada müxtəlif qurumların kollektivləri kütləvi şəkildə ölkənin bir çox yerində ağacəkmə kampaniyalarında iştirak edirdilər. Heydər Əliyev həmin ağacəkmə kampaniyalarına gələrək öz dəstəyini nümayiş etdirirdi. Sözügedən videokadrlar bu günə kimə nümayiş etdirilir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də ətraf mühitin qorunması məsələlərinə xüsusi diqqət yetirir”.

“1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələrək ölkədəki ictimai-siyasi sabitliyin və təhlükəsizliyin təmin olunmasından sonra ətraf mühit və təbii sərvətlərlə bağlı imzaladığı vacib qərarlardan biri də dövlət qurumlarını birləşdirərək Ekologiya və Təbii Sərvətlər Nazirliyini təsis etməsi oldu. Bu nazirliyin təsis edilməsi ilə Azərbaycanda ətraf mühitin mühafizəsinə xidmət edən və təbii sərvətlərin idarə edilməsini həyata keçirən qurumlar mərkəzdən effektiv idarə olunmaqla vahid ümumi siyasətə xidmət etmiş oldu”-, ictimai şura sədri qeyd edib.

A.Məmmədov vurğulayıb ki, bunun ardınca Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanın neft ixracı nəticəsində əldə etdiyi gəlirləri ilə ölkədə yaşıllıq ərazilərin artırılmasına, ətraf mühitlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsinə investisiya qoyuldu:

“Atılan addımlar bəhs olunan sahədə siyasətin daha da təkmilləşdirilməsinə və qlobal proseslərə qoşulmasına xidmət etdi. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikası ətraf mühitlə bağlı 20-dən çox beynəlxalq konvensiyaya qoşulub və onları ratifikasiya edib. Azərbaycan bu konvensiyalarda öz üzərinə düşən öhdəlikləri bu gün də uğurla yerinə yetirir”.

Son xəbərlər

Orphus sistemi