Bakı. 12 may. REPORT.AZ/ Mayın 13-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə yağışda qısa fasilə yaranacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza gəlincə, mayın 15-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.